“Tibb Müəssisələri və Həkimlərlə İş” komissiyasının üzvləri Acıbadem Sağlık Qrupunu ziyarət ediblər.

29 sentyabr tarixində İstanbulda işgüzar səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədr müavini Bilal Qasımlı, İdarə Heyətinin üzvü və “Tibb Müəssisələri və Həkimlərlə İş” komissiyasının sədri Sevda Əlizadə və komissiyanın digər üzvləri Acıbadem Sağlık Grubunu ziyarət ediblər.

Ziyarət zamanı İCMA nümayəndələrini Acıbadem Sağlık Qrupunun Beynəlxalq Pasiyent Xidmətləri üzrə məsul şəxsi Mehmet Ali Yılmaz müşayiət edib. O, nümayəndə heyətinə xəstəxananın fəaliyyəti və xidmət istiqamətləri barədə məlumat verib. Ziyarət çərçivəsində tərəflər arasında tanışlıq xarakterli fikir mübadiləsi də aparılıb.

Sonda Acıbadem xəstəxanasının direktor müavini Ayşe Yarar Saraça İCMA tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

Digər xəbərlər

İCMA nümayəndələri İstanbul Ticarət Odasında görüş keçiriblər.

28 sentyabr tarixində İstanbulda işgüzar səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədr müavini Bilal Qasımlı və “Tibb Müəssisələri və Həkimlərlə İş” komissiyasının üzvləri İstanbul Ticaret Üniversitesidə olublar.

Qanermə Aksiyası “Bir damla qan, min ümidə can” – 25.09.2026