Oktyabrın 21-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası-nın (İCMA) “Tibb Müəssisələri və Həkimlərlə İş” Komissiyasının təşkilatçılığı ilə “Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda görüş keçirilib.
“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nın təsisçi rəhbəri Təranə Paşayeva rezidensiyanın fəaliyyəti və əsas istiqamətləri barədə ətraflı məlumat verib.
Proqram çərçivəsində, həm rezidens həmçinin də mərhum millət vəkili Qənirə Paşayevanın həyat və fəaliyyətinə həsr olunmuş Xatirə Otağı ziyarət edilib. İştirakçılar onun şəxsi əşyaları və xatirə materialları ilə tanış olaraq, ictimai fəaliyyətini və zəngin irsini bir daha yad ediblər.