18 noyabr tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası-nın (İCMA) “Tibb Müəssisələri və Həkimlərlə İş” Komissiyasının növbəti iclası keçirilib.
İclas Nafta Sanatoriyasının rəhbəri Surxay Ələkbərovun dəvəti ilə təşkil olunub. Görüş zamanı komissiya üzvləri Nafta Sanatoriyasının fəaliyyəti, təqdim etdiyi tibbi və sağlamlıq xidmətləri, eləcə də sağlamlıq turizmi sahəsindəki imkanları barədə məlumat əldə ediblər.
İclas çərçivəsində komissiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri, planlaşdırılan tədbirlər və işgüzar görüşlər müzakirə olunub. Həmçinin səhiyyə və sağlamlıq turizmi sahəsində əməkdaşlıq imkanları, işgüzar əlaqələrin genişləndirilməsi və gələcək birgə təşəbbüslərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Sonda görüşə ev sahibliyi edən Surxay Ələkbərova qonaqpərvərliyə görə təşəkkür bildirilib.