28 sentyabr tarixində İstanbulda işgüzar səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədr müavini Bilal Qasımlı və “Tibb Müəssisələri və Həkimlərlə İş” komissiyasının üzvləri İstanbul Ticaret Üniversitesidə olublar.

İstanbul Ticarət Universitetinin Ahi Çələbi Kampusunda keçirilən proqram çərçivəsində iştirakçılar üçün xüsusi təlim təşkil olunub. Tədbirin açılışını universitetin Prorektoru Prof. Dr. Hanifi Parlar edib. Ardınca Prof. Dr. Murat Kasımoğlu tərəfindən “Dünyadakı inkişaflar işığında Türk dünyasında və qlobal bazarlarda investisiya imkanları” mövzusunda təlim keçirilib.

Təlimin sonunda İCMA-nın “Tibb Müəssisələri və Həkimlərlə İş” komissiyasının sədri Sevda Əlizadə tərəfindən Prof. Dr. Murat Kasımoğluna xatirə hədiyyəsi təqdim olunub. Daha sonra proqram çərçivəsində iştirakçılar üçün nahar yeməyi təşkil edilib.

Proqramın növbəti hissəsində iştirakçılar universitetin Sadabad (Sütlücə) Kampusunda rektorluqla görüş keçirib və kampusla tanış olublar.

Təlim proqramının yekununda iştirakçılara İstanbul Ticarət Universitetinin rektoru Prof. Dr. Nəcip Şimşek tərəfindən sertifikatlar təqdim edilib. Eyni zamanda, İCMA ilə İstanbul Ticarət Universiteti arasında qarşılıqlı xatirə hədiyyələri təqdim olunub. Hədiyyələri İCMA İdarə Heyətinin sədr müavini Bilal Qasımlı və “Tibb Müəssisələri və Həkimlərlə İş” komissiyasının sədri Sevda Əlizadə təqdim ediblər.

İstanbul Ticarət Universitetində keçirilən proqram çərçivəsində baş tutan təlim və görüşlər iştirakçıların yeni bilik və təcrübələr əldə etməsinə, beynəlxalq əlaqələrin genişləndirilməsinə, eləcə də Azərbaycan-Türkiyə arasında işgüzar münasibətlərin inkişafına yönəlib.

Digər xəbərlər

“Tibb Müəssisələri və Həkimlərlə İş” komissiyasının üzvləri Acıbadem Sağlık Qrupunu ziyarət ediblər.

İCMA nümayəndələri İstanbul Ticarət Odasında görüş keçiriblər.

Qanermə Aksiyası “Bir damla qan, min ümidə can” – 25.09.2026