“Tibb Müəssisələri və Həkimlərlə İş komissiyası”nın üzvləri və Özəl Tibb Müəssisələri Assosiasiyası ilə görüş baş tutub.

12 fevral tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) “Tibb Müəssisələri və Həkimlərlə İş komissiyası”nın üzvləri və Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) İdarə Heyətinin sədri Günel Əliyeva ilə görüş baş tutub.

Görüş zamanı tibb müəssisələri və həkimlərlə iş sahəsində birgə əməkdaşlıq və ortaq fəaliyyət imkanları müzakirə edilib. Həmçinin, qarşılıqlı əməkdaşlığın inkişafına dair məsələlərə toxunulub.

Digər xəbərlər

İCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub

“Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib.

Ulu Öndərin məzarı ziyarət olunub