“Stresin İdarə Edilməsi” mövzusunda təlim keçirilib.

18 mart tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının “Tibb Müəssisələri və Həkimlərlə İş komissiyası” tərəfindən tibb bacıları üçün “Stresin İdarə Edilməsi” mövzusunda təlim keçirilib.

Təlimçi Tariyel Faziloğlu iştirakçılara stresin idarə olunması, psixoloji dayanıqlığın artırılması və bu sahədə effektiv yanaşmalar haqqında ətraflı məlumat verib.

Təlimin keçirilməsində Humel Psixologiya Mərkəzinin dəstəyi böyük rol oynayıb və bu cür tədbirlər, tibb işçilərinin psixoloji rifahının artırılması ilə yanaşı, ümumilikdə tibb sahəsinin inkişafına müsbət təsir göstərir.

Digər xəbərlər

İCMA və BMU arasında əməkdaşlıq memorandumu imzalanıb 

İCMA və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb.

İCMA ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi görüş