“Mebel komissiyası”nın növbəti iclası keçirilib.

30 aprel 2025-ci il tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) “Mebel komissiyası”nın növbəti iclası keçirilib.

Görüşdə İCMA-nın İdarə Heyətinin ötən həftə baş tutan iclasında qəbul edilmiş qərarlar komissiya üzvlərinə təqdim olunub və bu qərarlardan irəli gələn yeni öhdəliklərin icrası müzakirə edilib.

Görüş çərçivəsində mebel sektorunda fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları əsas məsələlər gündəmə gətirilib. Komissiya üzvləri tərəfindən bu məsələlərin həllinə dair İCMA tərəfindən göstərilə biləcək dəstək imkanları ətraflı şəkildə dəyərləndirilib və aidiyyəti üzrə təkliflər səsləndirilib.

İclasın sonunda bir sıra vacib qərarlar qəbul olunub:

-Komissiyanın üzv siyasətinə uyğun şəkildə yeni üzvlərlə görüşlərin təşkili və onların cəlb olunması istiqamətində fəaliyyətin gücləndirilməsi;

-2025-ci ilin ikinci rübü üzrə tədbirlər planının hazırlanaraq İdarə Heyətinə təqdim olunması;

-Komissiyanın gündəlik fəaliyyətinə dair cari məsələlərin davamlı şəkildə izlənməsi və icrasına nəzarət olunması.

İclasdan sonra ‘Mebel komissiyası’nın sədr müavini Elməddin Nuriyevin doğum günü qeyd olunub.

Digər xəbərlər

“Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib.

Ulu Öndərin məzarı ziyarət olunub

İCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilib