“Lənkəran-Astara iqtisadi rayonunun iqtisadi inkişafında peşə təhsilinin rolu: imkanlar və çağırışlar” mövzusunda konfrans keçirilib.

Yanvarın 28-i Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində “Lankaran Springs Wellness Resort” oteldə “Lənkəran-Astara iqtisadi rayonunun iqtisadi inkişafında peşə təhsilinin rolu: imkanlar və çağırışlar” mövzusunda konfrans keçirilib.

Tədbirdə dövlət qurumları, peşə təhsili və təlimi sahəsində fəaliyyət göstərən işəgötürən qurumların nümayəndələri iştirak ediblər.

İxtisaslı kadrların hazırlanmasının təşviq edilməsi, bu sahədə dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsi məqsədi daşıyan tədbirin ilk hissəsində Marsol Group-un direktoru və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin üzvü Bilal Qasımlı spiker qismində çıxış edib, Dövlət-Özəl tərəfdaşlığı: İnsan resurslarının səmərəli idarə edilməsi mövzusunda müzakirələr aparılıb.

Sonda, dual peşə təhsili proqramında əməkdaşlıq edən sahibkarlara təşəkkürnamə verilib.

Digər xəbərlər

“Tibb Müəssisələri və Həkimlərlə İş” Komissiyasının təşkilatçılığı ilə “Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda görüş baş tutub.

Azərbaycanın Yaponiyadakı Səfiri ilə görüş baş tutub – 15.10.2026

“Tibb Müəssisələri və Həkimlərlə iş” komissiyasının növbəti iclası baş tutdu.