18 fevral tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev və İdarə Heyətinin üzvləri ilə Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov arasında məhsuldar görüş keçirilib.
Görüş çərçivəsində Natiq Baxışov İCMA-nın İdarə Heyəti ilə fikir mübadiləsi apararaq, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı və sahibkarlar üçün yeni əməkdaşlıq imkanlarının yaradılması mövzularını müzakirə edib.
Tərəflər Azərbaycan və ABŞ işgüzar dairələri arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət və investisiya imkanlarının artırılması, eləcə də sahibkarlar üçün qarşılıqlı dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Görüş, İCMA-nın beynəlxalq əməkdaşlıqlarını gücləndirmək və sahibkarlar üçün yeni imkanlar yaratmaq strategiyasına uyğun olaraq, gələcəkdə daha sıx əlaqələrin qurulmasına zəmin yaradıb.



