İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin növbəti iclası keçirilib. İclas başlamazdan əvvəl İdarə Heyətinin üzvü Fazil Canayev doğum günü münasibətilə təbrik edilib.
İclasın əsas məqsədi Assosiasiyanın cari fəaliyyətinin qiymətləndirilməsi və qarşıdakı dövr üzrə prioritetlərin müəyyənləşdirilməsi olub. Görüş zamanı aşağıdakı məsələlər müzakirə olunaraq qərarlar qəbul edilib:
-Aktiv olmayan üzvlərin iştirakı və fəaliyyətinin yenidən qiymətləndirilməsi;
-Növbəti rübdə fəaliyyətə başlayacaq yeni komissiyanın formalaşdırılması;
-Aktiv komissiyaların fəaliyyətinin tənzimlənməsi və iş prinsiplərinin təkmilləşdirilməsi;
-Üzv bazasının genişləndirilməsi istiqamətində addımların atılması;
-Dövlət qurumları ilə əməkdaşlığın qurulması və bu çərçivədə birgə fəaliyyətlərin həyata keçirilməsi.
İclas iştirakçıları, İCMA-nın strateji məqsədlərinə uyğun olaraq fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.






