İCMA və AGTL arasında əməkdaşlıq memorandumu imzalanıb-17.09.2026

İCMA və AGTL arasında əməkdaşlıq memorandumu imzalanıb

17 sentyabr tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA ilə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev və AGTL-nin sədri Vüsal Qasımov tərəfindən imzalanıb.

Əməkdaşlıq çərçivəsində tərəflər logistika, gömrük təmsilçiliyi və təchizat zənciri sahələrində fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin gücləndirilməsi, təcrübə və bilik mübadiləsinin təşviqi, eləcə də yeni əməkdaşlıq imkanlarının yaradılması istiqamətində birgə fəaliyyət göstərməyi nəzərdə tutur.

AGTL-nin əsas fəaliyyət istiqamətləri sırasında logistika və təchizat zəncirində innovasiyaların və qabaqcıl təcrübələrin təşviqi, yüklərin keçidi və gömrük rəsmiləşdirilməsi proseslərinin təkmilləşdirilməsi, nəqliyyat və gömrük sənədlərinin rəqəmsallaşdırılmasına dəstək, eləcə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu təşəbbüslərinin inkişafına töhfə vermək yer alır.

İmzalanan memorandum biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, logistika və gömrük sahəsində peşəkar əlaqələrin inkişaf etdirilməsi və sahibkarlar üçün yeni imkanların formalaşdırılması baxımından mühüm platforma yaradacaq.

Digər xəbərlər

“Tibb Müəssisələri və Həkimlərlə İş” komissiyasının üzvləri “Dünyagöz” xəstəxanasını ziyarət ediblər.

“Tibb Müəssisələri və Həkimlərlə İş” komissiyasının üzvləri Acıbadem Sağlık Qrupunu ziyarət ediblər.

İCMA nümayəndələri İstanbul Ticarət Odasında görüş keçiriblər.