İCMA-nın İdarə Heyətinin növbəti iclası keçirilib.

27 iyun tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin növbəti iclası keçirilib.

İclas çərçivəsində İCMA-nın iyul ayı üzrə fəaliyyət planı müzakirə edilib, indiyə qədər görülən işlər təhlil olunub. Həyata keçirilən tədbirlərin nəticələri qiymətləndirilib və qarşıdakı dövr üçün prioritet istiqamətlər müəyyən edilib.

Görüşün sonunda, iştirakçılar təşkilatın strateji hədəflərinə çatmaq üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsi və innovativ təşəbbüslərin həyata keçirilməsi istiqamətində birgə addımlar atmaq barədə razılığa gəliblər.

Digər xəbərlər

İCMA və BMU arasında əməkdaşlıq memorandumu imzalanıb 

İCMA və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb.

İCMA ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi görüş