İCMA ilə Bakı Peşə Hazırlığı Mərkəzi arasında tanışlıq və əməkdaşlıq məqsədilə görüş keçirilib.

16 iyul İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və Bakı Peşə Hazırlığı Mərkəzi arasında tanışlıq və əməkdaşlıq məqsədilə görüş keçirilib.

Görüşdə Bakı Peşə Hazırlığı Mərkəzinin rəhbəri Vüqar Xəlilov, Mərkəzin əməkdaşları, eyni zamanda İCMA-nın baş katibi İlqar Axundov və Assosiasiyanın “Pəncərə istehsalçıları” komissiyasının üzvlərı iştirak ediblər.

Tədbirin əsas məqsədi peşə təhsili sahəsində mövcud potensial və infrastrukturla tanışlıq, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı imkanlarının qiymətləndirilməsi və tərəfdaşlıq çərçivəsində mümkün əməkdaşlıq istiqamətlərinin müzakirəsi olub.

Görüş zamanı sahibkarlar müəssisələrinin fəaliyyət sahələrinə uyğun olaraq peşə təhsili ilə bağlı ehtiyac və gözləntilərini bölüşüb, təkliflərini təqdim ediblər. Bakı Peşə Hazırlığı Mərkəzinin rəhbərliyi isə mövcud təlim proqramları, texniki bazası və məzunların işə inteqrasiyası ilə bağlı məlumat verib.

#

Digər xəbərlər

İCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub

“Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib.

Ulu Öndərin məzarı ziyarət olunub