“Hüquq, Maliyyə və Biznes Konsultasiya” komissiyasının növbəti görüşü baş tutub.

9 yanvar tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının “Hüquq, Maliyyə və Biznes Konsultasiya” komissiyasının növbəti görüşü baş tutub.

Görüşdə 2025-ci ilin birinci rübü üçün fəaliyyət planı, sahibkarların ehtiyaclarını qarşılamaq məqsədilə maarifləndirici tədbirlər, hüquqi və maliyyə məsləhətləri, eləcə də biznes konsaltinq xidmətlərinin genişləndirilməsi müzakirə edilib. Sahibkarların maraqlandığı mövzuların araşdırılması üçün sorğu və tədqiqatların keçirilməsi qərara alınıb.

Bu təşəbbüslərin məqsədi, sahibkarların bizneslərini daha dayanıqlı, hüquqi cəhətdən uyğun və maliyyə baxımından sağlam şəkildə inkişaf etdirmələrinə dəstək olmaqdır. Sorğuların nəticələri əsasında hüquqi və maliyyə risklərinin azaldılmasına, sahibkarlıq mühitinin daha da inkişaf etdirilməsinə yönəlmiş tədbirlər planlaşdırılır.

Digər xəbərlər

İCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub

“Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib.

Ulu Öndərin məzarı ziyarət olunub