Azərbaycan və Honk Konq – imkanlar və əməkdaşlıq” mövzusunda biznes seminarda iştirak ediblər.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri 12 mart tarixində Bakı Biznes Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və Honk Konq Ticarətin İnkişafı Şurasının (HKTDC) təşkilatçılığı ilə keçirilən “Azərbaycan və Honk Konq – imkanlar və əməkdaşlıq” mövzusunda biznes seminarda iştirak ediblər.

Tədbirdə Çin ilə beynəlxalq ticarət-iqtisadi əlaqələrin inkişaf meyilləri, Honk Konqun bu prosesdə rolu, Azərbaycan şirkətlərinin Çin bazarına çıxış imkanları və HKTDC-nin biznes tərəfdaşlarının tapılması, tədarük zəncirlərinin qurulması və Honk Konqda biznesin inkişafı üçün göstərdiyi dəstək müzakirə olunub.

Seminar, yerli sahibkarlar üçün Honk Konq ilə əməkdaşlıq potensialını daha yaxından tanımaq və mövcud imkanları qiymətləndirmək baxımından əhəmiyyətli olub.

Digər xəbərlər

“Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib.

Ulu Öndərin məzarı ziyarət olunub

İCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilib