Azərbaycan–Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclası keçirilib.

Aprelin 28-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan–Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclası keçirilib.

Tədbirdə hər iki ölkənin dövlət rəsmiləri və iş adamları iştirak ediblər. İclasda İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev, eləcə də İdarə Heyətinin üzvləri Fizuli Bayramov və Cahid Quliyev Assosiasiyanı təmsil ediblər.

Görüş zamanı birgə təşəbbüslər və layihələr ətrafında müzakirələr aparılıb, işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və bu prosesdə kiçik və orta biznesin rolunun artırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

İCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub

“Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib.

Ulu Öndərin məzarı ziyarət olunub