14 oktyabr tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası-nın (İCMA) “Tibb Müəssisələri və Həkimlərlə İş” Komissiyasının növbəti iclası Medline-da baş tutub.
İclas zamanı qarşıdakı dövrdə keçirilməsi planlaşdırılan tədbirlər və işgüzar görüşlər müzakirə olunub, həmçinin komissiyanın gələcək fəaliyyət istiqamətləri və iş planı nəzərdən keçirilib.
Sonda komissiya üzvləri Medline-nin fəaliyyəti və iş mühiti ilə yaxından tanış olublar.