Tikinti sektoru ilə bağlı ictimai müzakirə təşkil olunub.

“Bakı KOB evi”ndə “Tikintiyə və istismara icazələrin alınması üçün tələb olunan vaxt və xərclərlə bağlı mövcud vəziyyət və onların optimallaşdırılması ilə bağlı imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən tədbirdə tikinti sektorunda fəaliyyət göstərən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvü olan sahibkarlar və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ASK-nın prezidenti Məmməd Musayev tikinti sektorunda qanunvericilik tələbləri, icazə prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşma, şəffaflığın artırılması və dövlət-özəl əməkdaşlığının gücləndirilməsi istiqamətində görülən işlər və planlaşdırılan tədbirlər barədə məlumat veriblər.

Daha sonra sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, onların həlli ilə bağlı müzakirələr aparılıb, sualları cavablandırılıb.

Digər xəbərlər

İCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilib

Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib

“4-cü Marsol Zəfər Kuboku” intellektual yarışı keçirilib.