İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı və “Meslehetci.az”ın tərəfdaşlığı ilə “Sahibkarların başlıca diqqət məqamları” adlı məlumatlandırıcı tədbir keçirilib.
İCMA-nın İdarə Heyətinin üzvü Abbas Orucəliyevin moderatorluğu ilə baş tutan tədbirdə iştirakçılara sahibkarlıq fəaliyyətinə təsir edən aktual qanun dəyişiklikləri və əməl edilməli əsas hüquqi tələblər barədə ətraflı məlumat verilib.
Anar Bayramov “Vergi Məcəlləsinə edilmiş dəyişikliklər” mövzusunda təqdimat edib. Təqdimatda yeni vergi tənzimləmələrinin sahibkarlar üçün yaratdığı imkanlar və potensial risklər izah edilib.
Nihad Əliyev “Əmək Məcəlləsi üzrə sahibkarların diqqət etməli olduğu əsas məqamlar” mövzusunda çıxış edib. O, əmək hüquqlarına uyğunluğun təmin olunması və müvafiq proseslərin düzgün təşkilinə dair tövsiyələr təqdim edib.
Tədbir çərçivəsində iştirakçılar fəal müzakirələr aparıb mövzu ilə bağlı sualları cavablandırılıb.




