“Lənkəran-Astara iqtisadi rayonunun iqtisadi inkişafında peşə təhsilinin rolu: imkanlar və çağırışlar” mövzusunda konfrans keçirilib.

Yanvarın 28-i Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində “Lankaran Springs Wellness Resort” oteldə “Lənkəran-Astara iqtisadi rayonunun iqtisadi inkişafında peşə təhsilinin rolu: imkanlar və çağırışlar” mövzusunda konfrans keçirilib.

Tədbirdə dövlət qurumları, peşə təhsili və təlimi sahəsində fəaliyyət göstərən işəgötürən qurumların nümayəndələri iştirak ediblər.

İxtisaslı kadrların hazırlanmasının təşviq edilməsi, bu sahədə dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsi məqsədi daşıyan tədbirin ilk hissəsində Marsol Group-un direktoru və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin üzvü Bilal Qasımlı spiker qismində çıxış edib, Dövlət-Özəl tərəfdaşlığı: İnsan resurslarının səmərəli idarə edilməsi mövzusunda müzakirələr aparılıb.

Sonda, dual peşə təhsili proqramında əməkdaşlıq edən sahibkarlara təşəkkürnamə verilib.

Digər xəbərlər

İCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub

“Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib.

Ulu Öndərin məzarı ziyarət olunub