İCMA-nın baş katibi İlqar Axundov yeni könüllülərlə görüş keçirib.

11 fevral tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) könüllü fəaliyyət proqramına rəsmi olaraq start verdi. Proqram çərçivəsində İCMA-nın baş katibi İlqar Axundov yeni könüllülərlə görüş keçirib.

Görüş zamanı könüllülərə proqramın məqsədləri, fəaliyyət istiqamətləri və onların bu prosesdəki rolu haqqında geniş məlumat verilib. Eyni zamanda, İCMA-nın sahibkarlığın inkişafına verdiyi töhfələr və könüllülərin bu missiyaya necə qoşula biləcəyi müzakirə olunub. Yeni proqram, gənclərə biznes mühitini yaxından tanımaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və uğurlu sahibkarlarla bir araya gəlmək imkanı təqdim edir.

Digər xəbərlər

Sahibkarlarla ənənəvi iftar süfrəsi keçirilib.

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin yekun tədbiri keçirilib.

İCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirilib