Şəki şəhərində yaşayan az təminatlı ailələrə bayram sovqatı təqdim edilib.

29 mart tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, Marsol Group-un dəstəyi və Şəki şəhərində fəaliyyət göstərən sahibkarların iştirakı ilə Ramazan bayramı münasibətilə 40-dan çox az təminatlı ailəyə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib.

Onu da qeyd edək ki, İCMA və Marsol Group az təminatlı ailələrə dəstək məqsədilə bu tip KSM-lərdə mütəmadi olaraq iştirak edir.

Digər xəbərlər

Sahibkarlarla ənənəvi iftar süfrəsi keçirilib.

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin yekun tədbiri keçirilib.

İCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirilib