“Hüquq, Maliyyə və Biznes Konsultasiyası” komissiyasının iclası baş tutub.

8 aprel tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının “Hüquq, Maliyyə və Biznes Konsultasiyası” komissiyasının iclası baş tutub.

İclas çərçivəsində komissiyanın aprel və may ayları üzrə fəaliyyət planı müzakirə edilib, indiyə qədər görülən işlər təhlil olunub. Həyata keçirilən tədbirlərin nəticələri qiymətləndirilib və qarşıdakı dövr üçün prioritet istiqamətlər müəyyən edilib.

Görüşün yekununda, komissiya üzvləri qarşıya qoyulan məqsədlərə nail olmaq məqsədilə əməkdaşlığın gücləndirilməsi və yeni təşəbbüslərin reallaşdırılması barədə razılığa gəlib.

Digər xəbərlər

İCMA və BMU arasında əməkdaşlıq memorandumu imzalanıb 

İCMA və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb.

İCMA ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi görüş