6-cı “Yerli Şirkətlərin Tanıtım Sərgisi” çərçivəsində B2B görüş təşkil olunub.

19 iyun tarixində günün ilk yarısında Bakı Ekspo Mərkəzində keçirilən 6-cı “Yerli Şirkətlərin Tanıtım Sərgisi” çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı ilə B2B görüş təşkil olunub.

Görüşdə “Crystal Group of Companies”in Müşahidə Şurası sədrinin müavini Rəsul Rəsulov, “Crystal Beton” şirkətinin direktoru Baxış Əliyev, “Kristal Abşeron”un Satınalma və Logistika Departamentinin direktoru İbrahim Hacəliyev və bir sıra sahibkarlar iştirak ediblər.

Həmçinin iştirakçılar arasında ilkin tanışlıq əsasında fəaliyyət göstərdikləri sahələr barədə fikir mübadiləsi aparılıb, biznes yanaşmaları paylaşılıb və gələcək əməkdaşlıq imkanları ətrafında məhsuldar müzakirələr həyata keçirilib.

Digər xəbərlər

“Tibb Müəssisələri və Həkimlərlə iş” komissiyasının növbəti iclası baş tutdu.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı ilə görüş – 28.07.2026 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və “Marsol Group” üzvləri ilə işgüzar görüş keçirilib.