6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başa çatıb.

18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən sərgi yerli bizneslərə yeni imkanlar yaratmaqla yanaşı, ziyarətçilərin də böyük marağına səbəb olub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) tərəfdaşlığı və Kapital Bankın rəsmi tərəfdaşlığı ilə keçirilən sərgidə inşaat, qida, İKT, təhsil, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət iştirak edərək məhsul və xidmətlərini nümayiş edib.

4 gün ərzində dövlət qurumlarının nümayəndələri, rəsmilər, xarici qonaqlar və beynəlxalq biznes palatalarının təmsilçiləri də daxil olmaqla ümumilikdə 30.000-dən çox ziyarətçi sərgimizi ziyarət edərək yerli məhsul və xidmətlərlə yaxından tanış olub. Sərgi boyunca qonaqlar arasında çox böyük maraq və yüksək iştirak fəallığı müşahidə olunub.

Mikro və kiçik sahibkarların iri şirkətlərin təchizat zəncirində iştirakının artırılması məqsədilə sərgi çərçivəsində xüsusi ayrılmış zonada KOB-ların 10-a yaxın iri şirkətlə “B2B” görüşləri təşkil olunub.

Həmçinin, sərginin bu ilki tərəfdaşları sırasında Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət Reklam Agentliyi (İCMA) yer alıb.

Sərgi bir daha göstərdi ki, yerli şirkətlərimizin məhsulları, xidmətləri və potensialı həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə rəqabətə tam hazırdır!

Növbəti il görüşənədək!

Digər xəbərlər

Sahibkarlarla ənənəvi iftar süfrəsi keçirilib.

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin yekun tədbiri keçirilib.

İCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirilib