Veysəloğlu Şirkətlər Qrupunun Logistika Mərkəzinə və ‘Xonça’ fabrikinə ziyarət edildi.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev fevralın 7-si Veysəloğlu Şirkətlər Qrupunun Logistika Mərkəzini və ‘Xonça’ fabrikini ziyarət ediblər.

Görüş zamanı müəssisə ilə yaxından tanışlıq olub, şirkətin dəyər zəncirinə kiçik və orta bizneslərin (KOB) daha geniş şəkildə inteqrasiya olunması, onların böyük şirkətlərlə əməkdaşlıq imkanlarının artırılması məsələləri ilə bağlı Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və icraçı direktoru Aydın Talıbovla fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1994-cü ildən fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupuna, “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, “Ulduz” Şokolad Fabriki, “Xonça” fabriki, “AVT LOGİSTİKA”, “V-Trade” şirkəti, “VG” şirkəti, “Vesta-Horeca” şirkəti daxildir.

Digər xəbərlər

İCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilib

Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib

“4-cü Marsol Zəfər Kuboku” intellektual yarışı keçirilib.