“Tibb müəssisələri və həkimlərlə iş” komissiyası eyri-rəsmi formatda təşkil olunan axşam yeməyində toplandı.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) nəzdində fəaliyyət göstərən “Tibb müəssisələri və həkimlərlə iş” komissiyası bu həftə qeyri-rəsmi formatda təşkil olunan axşam yeməyində toplanaraq komissiyanın fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparıb.

Yığıncaqda əsas diqqət yaxın aylarda həyata keçirilməsi planlaşdırılan tədbirlərə yönəlib. Üzvlər arasında tibb sektoru ilə əməkdaşlığın gücləndirilməsi, Assosiasiyanın bu sahəyə yönəlik təşəbbüslərinin genişləndirilməsi və yeni üzvlərin komissiyaya cəlb olunması yolları müzakirə edilib. Xüsusilə sahibkarlarla tibb müəssisələri arasında dayanıqlı əlaqələrin qurulması və sahə üzrə aktual problemlərin operativ şəkildə ünvanlanması məsələləri diqqət mərkəzində olub.

Digər xəbərlər

Sahibkarlarla ənənəvi iftar süfrəsi keçirilib.

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin yekun tədbiri keçirilib.

İCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirilib