Tibb müəssisələri və həkimlərlə iş komissiyasının təşəbbüsü ilə bir qrup özəl tibb müəssisəsinin nümayəndələri arasında görüş təşkil olunub.

22 may 2025-ci il tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) nəzdində fəaliyyət göstərən Tibb müəssisələri və həkimlərlə iş komissiyasının təşəbbüsü ilə bir qrup özəl tibb müəssisəsinin nümayəndələri arasında çay süfrəsi ətrafında görüş təşkil olunub. Görüşün əsas məqsədi səhiyyə sektorunda aktual məsələlərin müzakirəsi, sektorlararası əməkdaşlığın gücləndirilməsi və özəl tibb müəssisələrinin ehtiyac və təşəbbüslərinin daha yaxından öyrənilməsi olub.

Görüş zamanı iştirakçılar arasında Azərbaycanda özəl səhiyyə sektorunun inkişaf dinamikası, üzləşdiyi çətinliklər və tənzimləyici mühitə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, antenatal qulluq – yəni hamiləlik dövründə ana və bətnindəki körpənin sağlamlığına yönəlmiş tibbi nəzarət və xidmətlərin təşkili – mövzusu xüsusi diqqət mərkəzində olub. Bu sahədə xidmət keyfiyyətinin artırılması, standartların təkmilləşdirilməsi və vətəndaşlara göstərilən tibbi xidmətlərin əlçatanlığının genişləndirilməsi məsələləri ətrafında dəyərli fikirlər səsləndirilib.

Tədbir çərçivəsində iştirakçılar arasında özəl səhiyyə müəssisələrinin fəaliyyətini daha səmərəli təşkil etmək, xidmət sahəsində vahid yanaşma formalaşdırmaq və gələcək əməkdaşlıqları stimullaşdırmaq üçün birgə təşəbbüslərin irəli sürülməsi ilə bağlı təkliflər irəli sürülüb.

İCMA rəhbərliyi bu kimi görüşlərin davamlı xarakter alacağını, tibb sahəsində fəaliyyət göstərən üzv müəssisələrin və mütəxəssislərin iştirakını genişləndirərək sektorun ümumi inkişafına töhfə verməyi qarşıya məqsəd qoyduğunu bildirib.

Digər xəbərlər

Sahibkarlarla ənənəvi iftar süfrəsi keçirilib.

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin yekun tədbiri keçirilib.

İCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirilib