İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının tərkibində fəaliyyət göstərən Poliqrafiya, Reklam və Media sektorunun görüşü baş tutub.
Görüşdə bu sahədə fəaliyyət göstərən, Marsol Group partnyoru olan şirkət rəhbərləri iştirak edib. İlk olaraq İCMA-nın fəaliyyəti haqqında məlumat verilib, daha sonra sektorla bağlı müxtəlif təkliflər müzakirə edilib və iş adamlarının Assosiasiyadan gözləntiləri dinlənilib.
Sonda şirkət rəhbərləri İCMA-ya üzvlük üçün ərizə formasını dolurub və “Poliqrafiya, Reklam və Media” sektoru daxilində, hər bir şirkət fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq komissiyalara əlavə edilib.