Şəki şəhərində iftar süfrəsi təşkil edilib.
Martın 28-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının təşkilatçılığı, region sahibkarlarının dəstəyi ilə Şəki şəhərində Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib.
İCMA-nın region üzrə nümayəndəsi Sərdar Qədirov çıxış edərək ilk öncə iftar süfrəsinin təşkil edilməsinə dəstək verən sahibkarlara dərin təşəkkür və minnətdarlığını bildirib. O qeyd edibki, iftar süfrəsində 100-dən çox şəxs iştirak edib. Bununla yanaşı öz çıxışında İCMA-nın fəaliyyət istiqamətləri və bu tip KSM-lərin təşkili haqqında məlumat verib.