Online sorğu

Ana səhifə » Tədbirlər » Ramazan ayı münasibətilə "Bakı KOB evi"ndə iftar süfrəsi təşkil olunub.
icma

Ramazan ayı münasibətilə "Bakı KOB evi"ndə iftar süfrəsi təşkil olunub.

Aprelin 8-i Ramazan ayı münasibətilə "Bakı KOB evi"ndə iftar süfrəsi təşkil olunub. 
Görüşdə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, KOBİA yanında İctimai Şuranın üzvləri və digər Assosiasiya nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı ilə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışı zamanı hər kəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik ediblər.
Bununla yanaşı, iki ölkə arasında əməkdaşlıqların inkişafına KOBİA-nın verə biləcəyi töhfələr üçün bu kimi qeyri-rəsmi tədbirlərdə bir araya gəlməyin vacibliyi də vurğulanıb. Assosiasiyaların nümayəndələrinə müvafiq sahələrdə dövlət dəstəyi mexanizmləri və yeniliklər barədə məlumat verilib.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq