Aprelin 16-da İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası - İCMA-nın tərkibində fəaliyyət göstərən “Mebel komissiyası”nın komissiyaya üzvü olan şirkətlərin ənənəvi olaraq, daha yaxından tanınması məqsədilə növbəti görüşü baş tutub.
Görüş mebel istehsalı sektorunda artıq 30-ilə yaxındır fəaliyyət göstərən “Green Wood” şirkətində baş tutub. Görüş çərçivəsində şirtəkin təsisçi-direktoru Fuad Nəcəfov fəaliyyət isitqamətləri haqqında məlumat verib. Hal-hazırda “Green Wood” mebel salonlarında yemək, yataq, yumuşaq, mətbəx və dəhliz, masa və oturacaq, uşaq və gənc mebelləri sərgilənir. Eyni zamanda, özəl olaraq ev, kafe, restoran, otel və ofis dizaynı layihələri də həyata keçirilir.
Bununla yanaşı görüşdə mebel sahəsində olan idxal və ixracatla bağlı bir sıra mövzular da müzakirə edilib.