18 aprel tarixində İCMA-nın tərkibində fəaliyyət göstərən “Tekstil komissiyası”nın ilk iclası baş tutub.
İclasa İCMA-ya üzv olan, tekstil sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri qatılıb.
Tanışlıqla başlayan iclasda, Assosiasiyadan gözləntilər və komissiyanın sahə üzrə fəaliyyət planı müzakirə edilib. Yekun olaraq müzakirələrin nəticəsində bəzi təkliflər səsləndirilib.