Online sorğu

Ana səhifə » Tədbirlər » Veysəloğlu - Logistika Mərkəzi, 'Xonça' fabriki
icma

Veysəloğlu - Logistika Mərkəzi, 'Xonça' fabriki

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev fevralın 7-si Veysəloğlu Şirkətlər Qrupunun Logistika Mərkəzini və 'Xonça' fabrikini ziyarət ediblər.

Görüş zamanı müəssisə ilə yaxından tanışlıq olub, şirkətin dəyər zəncirinə kiçik və orta bizneslərin (KOB) daha geniş şəkildə inteqrasiya olunması, onların böyük şirkətlərlə əməkdaşlıq imkanlarının artırılması məsələləri ilə bağlı Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və icraçı direktoru Aydın Talıbovla fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Marsol Group partnyoru, 1994-cü ildən fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupuna, “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, “Ulduz” Şokolad Fabriki, “Xonça” fabriki, “AVT LOGİSTİKA”, “V-Trade” şirkəti, “VG” şirkəti, “Vesta-Horeca” şirkəti daxildir.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq