Online sorğu

Ana səhifə » Tədbirlər » Özbəkistana işgüzar səfər baş tutub
icma

Özbəkistana işgüzar səfər baş tutub

 
İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) üzvlərinin iştirakı ilə Özbəkistana işgüzar səfər baş tutub.
15-22 aprel tarixlərini əhatə edən Özbəkistan səfəri çərçivəsində 40-a yaxın İCMA üzvü Səmərqənd, Buxara və Daşkənd şəhərlərində bir sıra rəsmi görüşlər və tədbirlərdə iştirak edib.
İşgüzar səfər çərçivəsində Özbəkistanın Ticarət və Sənaye Palatasının Səmərqənd şəhəri üzrə rəhbəri Musinov Dilshod Sultanovich, Səmərqənd şəhərində yerləşən "Hilton Samarkand Regency" və "Hilton Garden İnn" hotellərinin rəhbərliyi ilə görüş baş tutub, "Asiametal" polad zavodu ziyarət olunub. 
Həmçinin, Buxara şəhərində İcra Hakimiyyətinin nümayəndə heyəti, özbəkistanlı sahibkarlar və İCMA üzvlərinin iştirakı ilə tədbir təşkil olunub, daha sonra şəhərdə fəaliyyət göstərən beton, şüşə, tekstil və ip istehsalı müəssisələri ziyarət edilib.
Daşkənd şəhərinə səfər zamanı isə Özbəkistan İqtisadiyyat Assambleyasının rəisi Muhtor Aka Umarovun da iştirakı ilə İCMA üzvü olan "Azestetik Group"un Daşkənd filialının açılış mərasimi baş tutub, son olaraq Özbəkistanda fəaliyyət göstərən azərbaycanlı sahibkarların iştirakı ilə görüş təşkil olunub.
Qeyd edək ki, rəsmi görüşlər zamanı İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev də iki ölkə arasında iqtisadi, ticari və turizm sahələrində mövcud imkanlar barədə çıxışlar edib, 18-21 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində baş tutacaq 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi" ilə bağlı təqdimatlar və videoçarxlar nümayiş edilib.
İştirakçılar adıçəkilən şəhərlərdə Özbəkistanın zəngin tarixi, mədəni irsi və iqtisadi potensialı ilə yaxından tanış olublar.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq