“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfreans
Konfransda Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Orxan Hüseynzadə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, işəgötürənlər və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri iştirak ediblər.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə öz çıxışında bu konfransın əmək və məşğulluq sahəsində aparılan islahatlarla bağlı maarifləndirici rolundan danışıb.
Həmçinin, Vəli Quliyev son illər aparılan sosial islahatlar, bu islahatlar çərçivəsində Xidmətin həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Daha sonra çıxışçılardan Sadiq Əliyev Dövlət Məşğulluq Agentliyində yeni konsepsiyaya uyğun olaraq karyera məsləhətçisi institutunun yaradıldığını, mütəmadi olaraq karyera məsləhətçiləri ilə işəgötürənlərin görüşlərinin keçirildiyini, onların tələblərinin öyrənildiyini bildirib.
Bununla yanaşı, sahibkarlarla birgə dəyirmi masa keçirilib, onları maraqlandıran suallar cavablandırılıb və təklifləri dinlənilib.
#İCMA