Online sorğu

Ana səhifə » Tədbirlər » "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsi çərçivəsində fevralın 25-i 40-a yaxın xanım sahibkarın iştirakı ilə “MADO” restoranında “İşgüzar Səhər Yeməyi” baş tutub.
icma

"Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsi çərçivəsində fevralın 25-i 40-a yaxın xanım sahibkarın iştirakı ilə “MADO” restoranında “İşgüzar Səhər Yeməyi” baş tutub.

"Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsi çərçivəsində fevralın 25-i 40-a yaxın xanım sahibkarın iştirakı ilə “MADO” restoranında “İşgüzar Səhər Yeməyi” baş tutub.

Görüş zamanı səmimi mühitdə iştirakçılar arasında tanışlıqlar və B2B müzakirələr aparılıb, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev layihə haqqında ətraflı məlumat verib.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Müşfiq Məmmədli də görüşdə iştirak edərək bu tip işgüzar görüşlərin xanım sahibkarlar və dövlət qurumları arasında konstruktiv əməkdaşlığın və ölkə iqtisadiyyatının inkişafında böyük rol oynadığını qeyd edib.

Həmçinin, görüşdə iştirak edən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev fondun fəaliyyət istiqamətləri haqqında məlumat verərək iştirakçıların suallarını cavablandırıb, onlara uğurlar arzulayıb.

Bununla yanaşı, görüşümüzdə tanınmış telejurnalist, teleaparıcı Jalə Həsənli iştirak edərək fəaliyyəti haqqında məlumat verib, xanım sahibkarlarla tanış olub.

Ən sonda isə, "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsinin media tərəfdaşı “Sharaf Media” şirkətinin təsisçisi Sərxan Şərəfovun "Effektiv marketinq strategiyası" mövzusunda maarifləndirici təlimi baş tutub.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq