Online sorğu

Ana səhifə » Tədbirlər » “Baku Crystal Hall”da İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi keçirilib.
icma

“Baku Crystal Hall”da İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi keçirilib.

8-10 iyun tarixlərində “Baku Crystal Hall”da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi keçirilib.
Onu da qeyd edək ki, “İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası”da (İCMA) sərginin tərəfdaşları sırasında yer alıb.
Ulü öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu sərgi Azərbaycanda sahibkarlığın inkişafına göstərdiyi tarixi töhfələrə ehtiram əlamətidir. Eyni zamanda, burada 150-dən artıq yerli şirkətin iştirakı ilə ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrimizin məhsul və xidmətlərinin geniş təqdimatı imkanı yaranıb.
Sərgi çərçivəsində keçirilən “Böyük qayıdış - işğaldan azad olunmuş ərazilərdə investisiya imkanları və güzəştlər” və “Müasir çağırışlar fonunda iqtisadi transformasiya: rəqabətli və dayanıqlı bizneslərin formalaşması” mövzusunda panel müzakirələri biznes mühitinin yaxşılaşdırılması və şirkətlərimizin dayanıqlı inkişafı üçün dəyərli tövsiyələri əhatə edib.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq