Online sorğu

Ana səhifə » Tədbirlər » İCMA və Marsol Group-un birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovla görüş keçirilib.
icma

İCMA və Marsol Group-un birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovla görüş keçirilib.

Bu gün İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA və Marsol Group-un birgə təşkilatçılığı, sahibkarların iştirakı ilə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovla görüş keçirilib. Görüş çərçivəsində "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün güzəştlər və imtiyazlar" mövzusunda geniş məlumat verilib və sahibkarların fəaliyyətlərilə tanış olunub.
Hazırda Füzuli şəhər mərkəzində inşa edilmiş yaşayış kompleksinə köçürülən sakinlər üçün sahibkarlar tərəfindən müxtəlif iş yerlərinin, ictimai iaşə obyektlərinin, o cümlədən Qarabağın sənaye zonalarında istehsal müəssisələrinin və ticarət mərkəzlərinin yaradılması barədə ilkin qarşılıqlı razılıq əldə edilib.
Qarabağ iqtisadi rayonunda sahibkarlara yaradılmış geniş güzəşt və imtiyazlar, habelə dövlət tərəfindən verilən dəstək bu regionda, xüsusən Füzuli kimi işğaldan azad olunmuş şəhərlərdə iqtisadi fəallığın artırılmasında və infrastrukturun bərpa olunmasında mühüm rol oynayır. Sahibkarların Füzuli şəhərində yerli əhali üçün iş yerlərinin açılmasına dair razılığı buna bariz nümunədir və yaxın gələcəkdə həmin şəhərdə iqtisadi canlanmaya töhfə verəcəyinə əminik.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq