KOBİA yanında fəaliyyət göstərən İctimai Şuranın Bakı KOB Evində növbəti daxili iclası keçirilib. Şuranın üzvləri və KOBİA-nın nümayəndələrinin iştirakı ilə kiçik və orta sahibkarlığın müxtəlif sektorlarındakı inkişaf, sahibkarların qarşılaşdığı problemlər və perspektivlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Şura üzvləri tərəfindən irəli sürülən konstruktiv və faydalı təkliflər mikro, kiçik və orta biznes sahəsində yeni layihə və tədbirlərin hazırlanması üçün əsas ola bilər. Görüşdən sonra çay süfrəsi ətrafında yenidən sahibkarlığın problemləri və həlli yolları ilə bağlı fikirlər müzakirə olunub.
Şura olaraq, gələcəkdə mikro, kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Aktiv müzakirələr və təkliflər vasitəsilə sahibkarlara dəstək olmaq, onların qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına yardımçı olmaq məqsədilə səylərimizi artıracağıq.