11 avqust "Biznes Kamp"ın ilk günü sahibkarların iştirakı ilə "Lankaran Springs Hotel"də təlim təşkil olunub.
"Adıgözəl & TİAK" şirkətinin rəhbəri Zahid Adıgözəlovun "Yaxşı əməkdaş necə tapılır?" mövzusunda təlimi baş tutub. O, yaxşı əməkdaşın xüsusiyyətləri, onları necə tapmaq və işə cəlb etmək barədə təcrübələrini bölüşüb. Təlimdə paytaxt və region sahibkarları iştirak edərək Zahid bəyin təcrübələrindən yararlanıb və mövzu ilə bağlı suallarını ünvanlayıblar.
Belə təlim və təcrübə mübadilələri sahibkarlığın inkişafı üçün xüsusi rol oynayır.