Online sorğu

Ana səhifə » Tədbirlər » “İdxal-ixrac əməliyyatları sahəsində problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib.
icma

“İdxal-ixrac əməliyyatları sahəsində problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib.

"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi"nin təşkilatlatçılığı ilə "Bakı KOB Evi"ndə “İdxal-ixrac əməliyyatları sahəsində problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Gömrük KomitəsiRəqəmsal İnkişaf və Nəqliyyat NazirliyiDövlət Vergi XidmətiAzərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində idxal-ixrac əməliyyatları aparan vergi ödəyicilərinə nəzarət, əməliyyatlarının tənzimlənməsi, ticarətin asanlaşdırılması mövzusunda bir sıra məqamlara toxunulub.
Həmçinin, görüşdə sahibkarlar da iştirak edərək idxal-ixrac əməliyyatlarında problemlər haqqında baş tutan müzakirələrdə həmsöhbət olublar. Görüşün davamında sahibkarların mövzu çərçivəsində verdikləri suallar cavablandırılıb.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq