Tədbirdə Dövlət Gömrük Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Vergi Xidməti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində idxal-ixrac əməliyyatları aparan vergi ödəyicilərinə nəzarət, əməliyyatlarının tənzimlənməsi, ticarətin asanlaşdırılması mövzusunda bir sıra məqamlara toxunulub.
Həmçinin, görüşdə sahibkarlar da iştirak edərək idxal-ixrac əməliyyatlarında problemlər haqqında baş tutan müzakirələrdə həmsöhbət olublar. Görüşün davamında sahibkarların mövzu çərçivəsində verdikləri suallar cavablandırılıb.