Online sorğu

Ana səhifə » Tədbirlər » AYİB ilə görüş keçirilib
icma

AYİB ilə görüş keçirilib

Dekabrın 17-də İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Kiçik Müəssisələr üçün Məsləhət proqramının Azərbaycan üzrə rəhbəri Samir Həmidovla görüşüb.

Görüş zamanı biznesin müəyyən sahələrində biznes subyektlərinin inkişafı üçün AYİB ilə potensial əməkdaşlıq imkanları, AYİB-nin Azərbaycan bazarındakı kiçik və orta bizneslər üçün maliyyə dəstəyi və kredit imkanları o cümlədən İCMA-ya üzv olan biznes subyektlərinin AYİB vasitəsilə maliyyə alətlərinə və məsləhət xidmətlərinə çıxışının asanlaşdırılması mövzularına toxunulub.

Qeyd edək ki, kiçik və orta biznesin böyüməsinə, uğur qazanmasına kömək edən AYİB Kiçik Müəssisələr üçün Məsləhət proqramı çərçivəsində Azərbaycanda da kiçik və orta biznesə məsləhət xidmətləri göstərir, bankın əməliyyatları kənd təsərrüfatından infrastruktura, nəqliyyata qədər bütün sənaye sahələrini əhatə edir.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq