Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA və Marsol Group-un birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə təlimlər baş tutub. Ümumilikdə 4 təlimdə Marsol Group-un partnyoru olan 60 sahibkar iştirak edib.
“Arbitro“ və “QSCert” şirkətlərinin əməkdaşları tərəfindən keçirilən təlimlərdə “Cinayət prosesində iştirak zamanı sahibkarların hüquq və vəzifələri”, “Dələduzluq cinayətindən müdafiə strategiyaları” və “Şirkətlərin fəaliyyətlərində müqavilələrin əhəmiyyəti”, “Keyfiyyəti İdarəetmə Sistemi” ISO standartları mövzularına toxunulub.
Təlimlərdə iştirakçılara cinayət prosesinə cəlb olunarlarsa, onların sahib olduqları məsuliyyət və hüquqlar izah edilib, hüquqi məsələləri dərk etmək və düzgün tətbiq etməyin sahibkarlar üçün böyük əhəmiyyətindən danışılıb. Qeyd edək ki, sahibkarların gələcəkdə qərar qəbul edərkən hüquqa əsaslanmaları və mümkün problemləri qabaqcadan müşahidə edərək ehtiyat tədbirləri görmələri mövzusunda onlara faydalı olacaq təlimlər artıq yekunlaşıb.