Online sorğu

Ana səhifə » Tədbirlər » KOBİA İdarə Heyətinin sədri “Monopak” qablaşdırma və birdəfəlik məhsulların istehsalı müəssisəsini ziyarət edib.
icma

KOBİA İdarə Heyətinin sədri “Monopak” qablaşdırma və birdəfəlik məhsulların istehsalı müəssisəsini ziyarət edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin Sədri Tural Mustafayev “Monopak” qablaşdırma və birdəfəlik məhsulların istehsalı müəssisəsini ziyarət ediblər.
Müəssisənin istehsal sahəsi ilə yaxından tanışlıq olub, inkişaf ehtiyaclarına və ixrac imkanlarına dair “Monopak” fabrikinin təsisçisi Fərahim Məmmədovla fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Monopak” 1998-ci ildən fəaliyyət göstərir. Müəssisə plastik və alüminium qabların, kağız və plastik stəkanların, tibbi və təmizlik məhsullarının, streç və folqaların eləcə də digər birdəfəlik məhsulların istehsalı və satışı ilə məşğuldur. Məhsullar yerli bazarla yanaşı, xarici ölkələrə də ixrac edilir. Müəssisədə 70-dən çox işçi çalışır.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq