Bu gün İCMA-nın İdarə Heyətinin üzvləri "1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları” sərgisində iştirak etmiş “İCMA könüllüləri” ilə görüşüb. Onlara göstərdikləri uğurlu könüllülük fəaliyyətinə görə təşəkkür edilib. İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev çıxış edərək hal-hazırda davam edən layihələr, assosiasiyanın gələcək fəaliyyətləri, könüllülər üçün yaradılacaq imkanlar haqqında məlumat verib. Ardınca görüşdə iştirak edən İdarə Heyətinin üzvü olan işadamları, öz sahibkarlıq fəaliyyət istiqamətləri haqqında məlumat verib. Görüşün davamında könüllülər özlərini təqdim edərək təşkil olunan səhər yeməyi üçün təşəkkürlərini bildiriblər.