Şəki şəhərində yaşayan az təminatlı ailələrə qurban əti paylanılıb.
30 dekabr tarixində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası və Marsol Group-un dəstəyi ilə bayram ərəfəsində ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək qablaşdırılıb və 100-dən çox az təminatlı ailəyə paylanılıb.
Onu da qeyd edək ki, Marsol Group və İCMA dövlət qurumları ilə birgə az təminatlı ailələrə dəstək məqsədilə bu tip KSM-lərdə mütəmadi olaraq iştirak edir.