Bu gün Heydər Əliyev Mərkəzində “Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası” mövzusunda konfrans keçirilib. Vətən müharibəsində qazanılmış Zəfərlə ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanda, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda biznesin dirçəldilməsi üçün yaranan imkanların dəyərləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Konfransda son 20 ildə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, özəl sektorun inkişafı istiqamətində həyata keçirilmiş tədbirlərə və əldə olunmuş uğurlara həsr edilmiş film nümayiş olunub.
Tədbirin sonunda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət kursuna dəstək məqsədilə bəyanat qəbul edilib. Bəyanatda bildirilib ki, qlobal çağırışlar fonunda ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyat şaxələnir, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti yaradılır.
Dövlət və özəl qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası –İCMA-nın İdarə Heyətinin sədri və üzvləri də işirak edib.