Online sorğu

Ana səhifə » Tədbirlər » "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsi
icma

"Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsi

23 yanvar tarixində "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsi çərçivəsində növbəti fəaliyyətimiz "La Liga Lounge Center"də baş tutdu. Xanım sahibkarların layihə çərçivəsində sosial fəaliyyətlərdə bir araya gəlməsi, asudə vaxtın səmərəli şəkildə dəyərləndirilməsi məqsədilə "Mafia" oyunu keçirildi. İştirakçılar səmimi mühitdə həm biznes təcrübələrini bölüşdülər, həm də "Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar" layihəsi haqqında bir sıra müzakirələr apardılar.
Nəzərinizə çatdıraq ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA, Marsol Group  İş adamları Cəmiyyətinin Milli Assosiasiyası - İCMA birgə təşkilatçılığı, Azestetik Group və “Elegant-S” MMC-nin sponsorluğu start götürən “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində müxtəlif mövzularda təlimlər və tədbirlər, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər təşkil ediləcək. Martın 7-də “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə təşkil ediləcək tədbirlə layihə yekunlaşacaq.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq